top
Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün
Bu gün, 09:22
- ↺ +

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kənd Təsərrüfatı Nazirliyi "Fermerin Rəqəmsal Dostu" layihəsi çərçivəsində könüllülərin qəbulunu davam etdirir.

Shimal.news xəbər verir ki, layihəyə Şəki, Quba, Qusar, Zaqatala, Şamaxı, Ağsu, Qəbələ, İsmayıllı, Oğuz, Xaçmaz və Qax rayonlarından da könüllülər cəlb olunacaq.

Layihənin əsas məqsədi fermerlərə və digər vətəndaşlara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən (EKTİS) istifadə zamanı kömək göstərməkdir. Könüllülər fermerlərə elektron bəyanetmə prosesində və rəqəmsal xidmətlərdən istifadədə dəstək olacaqlar.

Kimlər müraciət edə bilər?

Namizədlərin şəxsi noutbuk və ya planşetinin olması əsas şərtdir. Bundan başqa, onlar kompüterdən, internetdən və onlayn platformalardan sərbəst istifadə etməyi bacarmalı, ünsiyyətcil, məsuliyyətli olmalı və şəxsi məlumatların məxfiliyinə riayət etməlidirlər.

Seçilmiş könüllülər üçün oktyabrın 22-dən 30-dək onlayn təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlərdə iştirakçılara EKTİS platforması, elektron bəyanetmə prosesi, fermerlərlə ünsiyyət qaydaları və məlumatların qorunması barədə biliklər veriləcək.

Layihədə iştirak könüllülərə praktiki təcrübə qazanmaq, rəqəmsal kənd təsərrüfatı xidmətlərini öyrənmək və yaşadıqları bölgədə fermerlərə yardım etmək imkanı yaradacaq. İştirakçılara sertifikat da təqdim olunacaq.

Qeydiyyat üçün son tarix 20 oktyabr 2026-cı il, saat 18:00-dır.

Müraciət etmək istəyənlər "elektron qeydiyyat formasını" (https://forms.gle/ToUEBd9eXDbogiLy8) doldura bilərlər.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

İdman
Dünən, 14:40

Qubanı təmsil edəcək "Vətən Naminə"nin Region Liqasındakı rəqibləri bəlli olub

Cəmiyyət
Dünən, 13:40

Xaçmazın asfaltsız yolu, köhnə dirəkləri olan kəndi

Hadisə
Dünən, 12:50

Qubalı alim Maqsud Babayev vəfat edib

Hadisə
Dünən, 12:25

İsmayıllıda da zəlzələ oldu

Hadisə
Dünən, 11:40

Xaçmazda zəlzələ oldu

Cəmiyyət
Dünən, 11:36

Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edildi

Cəmiyyət
Dünən, 11:35

Anar Bayramov səhiyyə naziri təyin edilib

Bütün xəbərlər
Dünən, 11:30

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib

Cəmiyyət
Dünən, 11:20

Zaqatalada itkin düşən 79 yaşlı kişi kameraya düşüb

Hadisə
Dünən, 11:01

Şamaxıda 7 yaşlı uşaq faciəvi şəkildə öldü

Cəmiyyət
Dünən, 10:27

Şimalda güclü külək əsir, yağış gözlənilir

Cəmiyyət
Dünən, 10:00

Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olunub

Hadisə
Dünən, 09:23

Qusarda 6 yaşlı uşağı avtomobil vuraraq öldürüb

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 23-cü günü: XRONİKA

Hadisə
18 oktyabr 2026, 18:35

Şimalda dəm qazı təhlükəsi: Faciələr təkrarlanır, dərs çıxaran varmı?

Cəmiyyət
18 oktyabr 2026, 00:05

Bu gün Müstəqilliyin Bərpası Günüdür

Cəmiyyət
18 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 22-ci günü: XRONİKA

Hadisə
17 oktyabr 2026, 18:10

Qusarda çaqqalın yaraladığı qadın danışdı: "Günorta vaxtı hücum etdi"

Oxşar xəbərlər