Quba Olimpiya Kompleksinin idmançıları Kyokuşin karate növü üzrə yarışda 9 qızıl, 11 gümüş və 3 bürünc medal əldə ediblər.
Shimal.News xəbər verir ki, Müstəqillik Gününə həsr olunan turnir Balaxanı Olimpiya Kompleksində keçirilib.
Yarışda Quba komandasının üzvləri ümumilikdə 23 medal qazanaraq uğurlu nəticə göstəriblər.