top
Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi
Bu gün, 16:19
- ↺ +

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

FHN-in sabiq rəis müavini, general-mayor Raul Zeynalovun zərərçəkmiş kimi tanındığı cinayət işi üzrə Ayaz Bayramov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinib.

Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin qərarı ilə Ayaz Bayramov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, FHN-də kapitan rütbəsində xidmət etmiş Ayaz Bayramov Raul Zeynalovla şabalıd ticarəti aparıb. Onlar Qəbələ, Balakən və Zaqataladan Bakıya şabalıd gətirərək təxminən iki il bu sahədə fəaliyyət göstəriblər.

İstintaqın versiyasına görə, ticarət uğursuzluqla nəticələndikdən sonra Zeynalov Bayramovdan şikayət edib və kapitanın onun 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirdiyini bildirib. Sonradan daha iki FHN zabitinin də bu alverə qoşulduğu və aldadıldıqları iddia olunub.

Ayaz Bayramov isə ittihamları qəbul etməyib. O, məhkəmədə və istintaq təcridxanasından redaksiyamıza göndərdiyi məktubda Zeynalovun iddialarını rədd edib. Bayramovun sözlərinə görə, general ona pulları faizlə verib və vəsaiti artıqlaması ilə geri alıb. O, həmçinin həbsinin Zeynalovun sifarişi ilə həyata keçirildiyini iddia edib.

Məhkəmədə Raul Zeynalov iki dəfə dindirilib, tərəflərin üzləşməsi qarşılıqlı ittihamlarla müşayiət olunub.

Məhkəmənin gəldiyi nəticəyə görə, Bayramova qarşı irəli sürülən ittihamlar sübutlarla və şahid ifadələri ilə təsdiqlənib. Hökm çıxarılanadək zərərçəkmişlərə dəymiş ziyanın ödənilmədiyi və tərəflər arasında barışığın olmadığı bildirilib.

Qeyd edək ki, hökm hakim Zaur Hacıyevin Bakı Hərbi Məhkəməsindəki fəaliyyətinin son qərarı olub. O, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Mənbə: Qafqazinfo.az

Son xəbərlər

Kriminal
Bu gün, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Bu gün, 17:00

Zərdabidə bu yol asfaltlandı

Hadisə
Bu gün, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Bu gün, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Bu gün, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Bu gün, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Bu gün, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Bu gün, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Bu gün, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Bu gün, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Bu gün, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Bu gün, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Bu gün, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Bu gün, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Bu gün, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Cəmiyyət
Dünən, 17:40

Xaçmazlılara ŞAD XƏBƏR: bu yol təmir edildi

Cəmiyyət
Dünən, 16:43

Məşhur filmin çəkildiyi dəyirman uçub

Cəmiyyət
Dünən, 15:40

Şabranın kəndinə giriş yolu belədir

Oxşar xəbərlər