Qubanın Çiçi kəndində internet paroluna görə yaranan mübahisə zamanı Vüqar İsmayılov qonşusu olan qadını döyüb.
Shimal.News xəbər verir ki, hadisə ilə bağlı Vüqar İsmayılov məhkəmə qarşısına çıxarılıb.
Məhkəmənin hökmü ilə o, qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib.
Zərərçəkən qadın məhkəmədə təqsirləndirilən şəxslə barışdığını bildirib.