top
Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər
Bu gün, 17:28
- ↺ +

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Milli Kibertəhlükəsizlik Agentliyi ölkə ərazisində kütləvi kiberdələduzluq cəhdlərinin müşahidə olunması ilə bağlı vətəndaşlara xəbərdarlıq edib.

Shimal.News xəbər verir ki, son zamanlar kiberdələduzların hədəfinə adi vətəndaşlarla yanaşı, müxtəlif dövlət rəsmilərinin yaxınları da düşür.

Agentliyin məlumatına əsasən, dələduzlar müasir informasiya texnologiyalarından və sosial mühəndislik üsullarından istifadə edərək insanları təşvişə salmağa, aldatmağa və onların maliyyə vəsaitlərini ələ keçirməyə çalışırlar.

Bu məqsədlə telefon nömrələrinin saxtalaşdırılması, psixoloji təzyiq, WhatsApp vasitəsilə zəng və mesajlar, eləcə də süni intellektin köməyi ilə insanların səslərinin təqlid edilməsi kimi üsullardan istifadə olunur.

Dələduzlar insanları necə aldadırlar?

Kiberdələduzlar əsasən telefon və WhatsApp vasitəsilə vətəndaşlarla əlaqə saxlayaraq özlərini dövlət qurumlarının və hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edirlər. Onlar müxtəlif təhdidlərlə insanları qorxudaraq şəxsi və bank məlumatlarını əldə etməyə çalışırlar.

Digər geniş yayılan üsul isə ailə üzvlərinin aldadılmasıdır. Dələduzlar vətəndaşların valideynlərinə və digər yaxınlarına zəng edərək övladlarının və ya qohumlarının təcili köməyə ehtiyacı olduğunu bildirirlər. Bu zaman psixoloji manipulyasiya, süni intellektlə səs təqlidi və saxta internet keçidlərindən istifadə oluna bilər.

Beləliklə, cinayətkarlar insanların narahatlığından və yaxınlarına kömək etmək istəyindən sui-istifadə edərək onların fərdi məlumatlarını, bank kartı məlumatlarını və maliyyə vəsaitlərini ələ keçirməyə cəhd göstərirlər.

Vətəndaşlara dörd vacib tövsiyə

Milli Kibertəhlükəsizlik Agentliyi əhalini diqqətli olmağa çağıraraq aşağıdakı tövsiyələri verib:

1. Şübhəli zəng və mesajlar zamanı təşvişə düşməyin, tələsik qərarlar qəbul etməyin.
2. Dövlət qurumlarının adından şübhəli zəng və ya mesaj aldıqda əlaqəni dərhal dayandırın. Müraciətin həqiqiliyini həmin qurumun rəsmi əlaqə vasitələri ilə yoxlayın.
3. Bank kartlarının məlumatlarını, ikimərhələli təsdiqləmə (2FA) kodlarını və SMS vasitəsilə göndərilən təsdiq kodlarını heç kimlə paylaşmayın.
4. Xüsusilə yaşlı valideynlərinizi və digər ailə üzvlərinizi kiberdələduzların istifadə etdiyi üsullar barədə məlumatlandırın.

Agentlik vətəndaşları telefon və sosial şəbəkələr vasitəsilə daxil olan şübhəli müraciətlərə qarşı ayıq-sayıq olmağa, şəxsi və maliyyə məlumatlarının təhlükəsizliyini qorumağa çağırır.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Bu gün, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Bu gün, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Cəmiyyət
Bu gün, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Bu gün, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Bu gün, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Bu gün, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Bu gün, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Bu gün, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Bu gün, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Bu gün, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Bu gün, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Bu gün, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Bu gün, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Bu gün, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Bu gün, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Bu gün, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Bu gün, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Bu gün, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
Dünən, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Cəmiyyət
Dünən, 17:42

Xınalıqlı çoban ailəsinin hekayəsi sənədli filmə çevrilir

Oxşar xəbərlər