Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qax, Zaqatala və Balakən rayonlarının sakinlərini dinləyəcək.
Shimal.News xəbər verir ki, görüş oktyabrın 23-də saat 10:00-da Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında baş tutacaq.
Qəbula yazılmaq istəyən vətəndaşların qeydiyyatı oktyabrın 22-də saat 09:00-da həmin binada başlayacaq. İştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.