Şimalın fermerlərə bitkiçilik, heyvandarlıq, müasir aqrotexnologiyalar və təsərrüfatların səmərəli idarə olunması ilə bağlı tövsiyələr verilib.
Shimal.News xəbər verir ki, Aqrar Təlim Mərkəzinin təşkilatçılığı ilə Qusar, Zaqatala və digər 13 rayonda maarifləndirici tədbirlər keçirilib.
Təlimlərdə əkin və yığım işlərinin təşkili, gübrələrdən səmərəli istifadə, müasir suvarma sistemləri, bağçılıq və üzümçülükdə qabaqcıl təcrübələr barədə məlumat verilib.
Heyvandarlıq sahəsində isə xəstəliklərin profilaktikası, düzgün yemləmə, məhsuldar cinslərin artırılması və süni mayalanmanın əhəmiyyəti izah olunub. Arıçılıqda xəstəlik və zərərvericilərlə mübarizə məsələlərinə də toxunulub.
Bildirilib ki, bu tədbirlərin məqsədi fermerlərin bilik və bacarıqlarını artırmaq, məhsuldarlığı yüksəltmək, itkiləri azaltmaq və təsərrüfatların dayanıqlı inkişafına dəstək verməkdir.