Qubanın Çinarlı kəndi ərazisində 3 avtomobil toqquşub.
Shimal.News xəbər verir ki, yol-nəqliyyat hadisəsi Quba–Xaçmaz yolunun Bakı–Quba yoluna çıxış hissəsində oktyabrın 20-si saat 17:30 radələrində qeydə alınıb.
Şahidlərin sözlərinə görə, "Ford Tranzit" magistral yola çıxmaq üçün qarşısında gözləyən "Nissan" markalı avtomobili növbəsiz ötüb. Bu zaman Bakı–Quba yolu ilə hərəkət edən "Mrcedes" markalı yük avtomobilinə çırpılıb. Nəticədə hər üç avtomobilə ciddi zərər dəyib. İddia olunur ki, "Ford"un sürücüsü spirtli içki təsiri altında olub.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları gəlib. İlkin məlumata görə, sərnişinlər yüngül xəsarət alıblar.