Şəki teatrında "Yol üstə" tamaşasının məşqlərinə başlanılıb.
Shimal.News xəbər verir ki, Afaq Məsudun eyniadlı psixoloji dramı əsasında hazırlanan tamaşanın premyerası noyabrın sonlarına planlaşdırılır.
Tamaşanın quruluşçu rejissoru Elvin Nuri, quruluşçu və geyim üzrə rəssamı Nicat Məmmədov, musiqi tərtibatçısı isə Zeynəb Xəlilovadır.
Səhnə əsərində rolları Lalə Məmməd, Rəşad Rüstəmov, Əməkdar artist Rəhim Qocayev, Nazilə İmamhüseynova, Pərviz İsmayılov, Fərahim Fətəliyev, Nuranə Mirzəliyeva, Rəşid Mirizadə, Azad Məmmədov, Cavidan Eminov, Nərmin Nəbiyeva, Arzuman Abdullazadə, Qurban Rəsulov və Samirə Abdullayeva ifa edirlər.
Psixoloji dramda sənətkarın taleyinə, sənətə və insan mənəviyyatına qarşı biganə münasibətin doğurduğu faciəvi nəticələr ön plana çəkilir. Tamaşanın əsas ideyası biganəliyin insan həyatına və mənəvi dünyasına təsirini göstərmək, sənətə və mənəvi dəyərlərə münasibəti qabartmaqdır.