top
Qanunsuz verilən 2040 hektar örüş sahələri kəndliyə geri qaytarılıb
Bu gün, 13:00
- ↺ +

Qanunsuz verilən 2040 hektar örüş sahələri kəndliyə geri qaytarılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cari ilin ilk 9 ayında 2565 hektar torpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktları ləğv edilib.

Bunu Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Baş idarəsinin rəisi Elmin Həsənov Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən parlamentdə keçirilən "Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışından irəli gələn regional inkişaf və yerli özünüidarəetmə sahəsində vəzifələr və çağırışlar" mövzusunda konfransda deyib.

O qeyd edib ki, Ədliyyə Nazirliyi tərəfindən görülən bu işlər nəticəsində 2552 hektar torpaq sahəsinin icarəyə verilməsi, 13 hektarının isə mülkiyyətə verilməsinə dair qanunsuz bələdiyyə qərarları ləğv olunub:

"Eyni zamanda, bu qeyd olunan torpaq sahələrinin 2040 hektarını örüş sahələri əhatə edir. Həmin torpaqların geriyə qaytarılması, yəni bələdiyyə mülkiyyətinə qaytarılması ilə bağlı tərəfimizdən tədbirlər görülüb. Bu, kənd təsərrüfatının dəstəklənməsinə, torpaqların yerlərdə daha düzgün və ədalətli paylanmasına gətirib çıxarıb".

E.Həsənov bildirib ki, torpaqlardan düzgün istifadə ilə yanaşı, torpaq sahələrinin icarə haqlarının, həmçinin torpaq vergilərinin düzgün hesablanması nazirliyin əsas prioritet fəaliyyət istiqamətlərindən biridir:

"Belə ki, Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənmiş strateji hədəflərə dair 2026-cı il üzrə planda bələdiyyə torpaqlarına dair icarə münasibətlərinin mövcud vəziyyətinin təhlili ilə bağlı müvafiq tapşırıq verilib. Verilən tapşırıq çərçivəsində tərəfimizdən bələdiyyələrin hazırda istifadə və icarədə olan torpaqları təhlil olunub, müəyyən çatışmazlıqların olduğu müəyyənləşdirilib. Həmin məsələlər haqda artıq metodoloji işə başlanılıb".

Son xəbərlər

İdman
Bu gün, 13:42

"Şahdağ Qusar" azarkeşlərinin dəstəyini gözləyir

Cəmiyyət
Bu gün, 12:11

Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırılıb

Cəmiyyət
Bu gün, 12:01

Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək

Cəmiyyət
Bu gün, 11:58

"Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru" kitabı çapdan çıxıb

Hadisə
Bu gün, 11:16

Qubada 30 yaşlı kişinin meyiti tapılıb

Cəmiyyət
Bu gün, 10:43

Xaçmazın bu kəndi dayanacaqsız qalıb

Hadisə
Bu gün, 09:46

Qubada zəncirvari qəza: "Sürücü sərxoş olub"

Hadisə
Bu gün, 09:37

Qaxda məktəbli qıza qarşı cinsi zorakılıq: 2 nəfər həbs edildi

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Dünən, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Dünən, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Dünən, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Dünən, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Dünən, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Dünən, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Dünən, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Dünən, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Dünən, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Dünən, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Dünən, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Dünən, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Dünən, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Oxşar xəbərlər