Xaçmaz rayonunun Seyidlər kəndində avtobus dayanacağının olmaması sakinlərin narazılığına səbəb olub.
Shimal.News-a danışan sakinlərin sözlərinə görə, digər kəndlərdə yol boyunca bir sıra yeni avtobus dayanacaqları tikilsə də, kəndin ərazisində nə yeni, nə də köhnə dayanacaq mövcuddur.
Bildirilib ki, kənddə əvvəllər avtobus dayanacağı olub. Lakin təxminən 5-6 il əvvəl baş verən qəza nəticəsində dağılıb. Həmin vaxtdan indiyədək dayanacağın bərpası və ya yenisinin tikilməsi istiqamətində hər hansı tədbir görülməyib.
Onlar aidiyyəti qurumların problemə diqqət ayırmasını və kənddə yeni avtobus dayanacağının inşa edilməsini istəyirlər.