Bu gün Ramazan ayının 3-cü günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 2-i üçün namaz vaxtları:
Sübh azanı – 05:51 (İmsak 05:46)
Zöhr azanı – 12:53
Əsr azanı – 16:51
Məğrib azanı – 18:49
İşa azanı – 19:49
Ağsu +5, Balakən +5, İsmayıllı +6, Oğuz +11, Qax +11,Qəbələ +8, Quba +5, Qusar +4, Şabran +4, Şamaxı +6, Şəki +12, Siyəzən +3, Xaçmaz +4, Zaqatala +15 dəqiqə.
3-cü günün imsak vaxtı üçün duasını təqdim edirik:
“Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin”.
Tərcüməsi:
“İlahi, bu gün mənə hüşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!”
İftar duası:
“Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim”.
Allah orucunuzu qəbul etsin!