Qusarda 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə bayram konserti təşkil olunacaq.
Shimal.News xəbər verir ki, konsert noyabrın 7-də saat 18:00-da Qusar şəhərində, General Mahmud Əbilov adına Mərkəzi Meydanda keçiriləcək.
Məlumata görə, tədbirdə vətənpərvərlik ruhunda mahnılar, musiqi və rəqs nömrələri təqdim olunacaq.
Bayram konserti xüsusi atəşfəşanlıqla yekunlaşacaq. Tədbirə rayon sakinləri və qonaqlar dəvət olunurlar.