top
Qəbələ 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
Bu gün, 17:10
- ↺ +

Qəbələ 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan 2027-ci ildə keçiriləcək 10-cu Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək.

Dövlət Turizm Agentliyindən bildirilib ki, Forumun 2027-ci il iyununda Qəbələdə keçirilməsi nəzərdə tutulur.

Qeyd olunan beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın zəngin qastronomiya irsinin beynəlxalq səviyyədə tanıdılması və qastronomiya turizminin inkişafı baxımından əhəmiyyət daşıyır. Forum çərçivəsində Azərbaycanın milli mətbəxi, ənənəvi qastronomiya irsi və yerli məhsulları beynəlxalq turizm və qastronomiya mütəxəssislərinə təqdim ediləcək.

BMT Turizmin təşkilatçılığı ilə 2015-ci ildən keçirilən Ümumdünya Qastronomiya Turizmi Forumu turizm və qastronomiya sahəsində fəaliyyət göstərən mütəxəssisləri, akademikləri, istehsalçıları, sahibkarları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirir.

Forumun əsas məqsədi qastronomiya turizmi sahəsində bilik və təcrübə mübadiləsini təşviq etmək, uğurlu təcrübələri müəyyənləşdirmək və qastronomiya turizminin destinasiyaların inkişafındakı rolunu gücləndirməkdir. Forum yerli qastronomiya ənənələrinin və mədəni irsin qorunması, yerli məhsulların tanıdılması, eləcə də turizm vasitəsilə iqtisadi inkişafın dəstəklənməsi məsələlərinin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır.

Tədbirin Azərbaycanda təşkili ölkənin qastronomiya potensialının beynəlxalq auditoriyaya təqdim olunmasına, turizm sahəsində investisiya və təhsil istiqamətlərində əməkdaşlıq imkanlarının genişləndirilməsinə, həmçinin beynəlxalq turizm sənayesi nümayəndələri ilə işgüzar əlaqələrin inkişafına töhfə verəcək.

Son xəbərlər

İdman
Bu gün, 18:00

Qusarlı idmançılar paytaxtdan 6 medalla qayıtdılar

İdman
Bu gün, 17:26

"Şahdağ Qusar"la oyundan sonra "Səbail"ə ağır cəzalar verilib

İdman
Bu gün, 16:49

Şimal klublarının Kubok sınağı: "Şahdağ Qusar"dan 9 qol, "Şamaxı"dan böyük qələbə, üç komanda isə mübarizəni dayandırdı

Cəmiyyət
Bu gün, 16:21

Qubada məktəblilər yanğınsöndürənlərin işi ilə tanış olublar

Hadisə
Bu gün, 16:01

Zaqatalada 4 otaqlı ev yandı

İdman
Bu gün, 15:34

"Şəki"nin yeni baş məşqçisi bəlli olub

Kriminal
Bu gün, 15:26

Siyəzəndə qətlə yetirilən Xəyalənin qonşuları danışdı – VİDEO

Hadisə
Bu gün, 14:30

Zaqatalada 924 min manatlıq dələduzluq: iş adamı həbs edildi

Hadisə
Bu gün, 13:57

Xınalıq məktəbinin sabiq direktoru vəfat edib

Hadisə
Bu gün, 13:12

Şəki sakini Sumqayıtda arvadını döydü, Göyçayda isə qətldə ittiham olundu

Cəmiyyət
Bu gün, 12:12

Qusarda Zalikə Qayıbxanovanın 75 illik yubileyi qeyd olunub

İdman
Bu gün, 11:36

Xaçmazlı idmançı Azərbaycan çempionu oldu

Cəmiyyət
Bu gün, 10:37

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Hadisə
Bu gün, 10:34

Xaçmazda qəza: piyada öldü

Hadisə
Bu gün, 09:33

Rusiya Vəkillər Palatasının qusarlı vitse-prezidenti vəfat edib

Hadisə
Bu gün, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 32-ci günü: XRONİKA

İdman
Dünən, 18:30

Qusar yetirməsi birinci oldu

Cəmiyyət
Dünən, 17:55

Qubalı Vətən müharibəsi şəhidinin doğum günüdür

Hadisə
Dünən, 17:28

Zaqatalalı iki uşaq atası Rusiya-Ukrayna müharibəsində həlak oldu

Faydalı
Dünən, 17:21

Qusarda 466 hektar meyvə bağı mərmər bağacığına qarşı dərmanlanıb

İdman
Dünən, 16:41

Şimal bölgəsinin iki komandası Azərbaycan Kuboku ilə vidalaşdı

Cəmiyyət
Dünən, 16:28

Avtomobildə telefon istifadəsinə görə kamera ilə cərimə yazılacaq

Oxşar xəbərlər