top
Qubalı Vətən Müharibəsi şəhidinin mövlud günüdür
18 sentyabr 2025, 10:32
- ↺ +

Qubalı Vətən Müharibəsi şəhidinin mövlud günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhid Orxan Balayevin dünyaya göz açdığı gündür.

Shimal.News xəbər verir ki, Orxan Vidadi oğlu Balayev 1998-ci ildə Qubanın Alpan kəndində dünyaya gəlib. İki bacının tək qardaşı yeniyetmə yaşlarından hərbçi olmağı arzulayıb. 2018-ci ildə əsgərliyini bitirdikdən sonra Orxan üç aylıq gizirlik kursunu uğurla keçərək, Vətənə xidmətini davam etdirib.

Orxan Vətən Müharibəsinin ilk günlərindən Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Tərtər və Ağdərə istiqamətində düşmənə qarşı vuruşub. Suqovuşan uğrunda döyüşlərdə iştirak edən Orxan sonuncu dəfə oktyabrın 6-da ailəsi ilə əlaqə saxlayıb. O, bir müddət itkin düşmüş sayılıb. Sonradan şəhidlik zirvəsinə ucaldığı məlum olan qəhrəman döyüşçü doğma kəndində dəfn edilib.

“Oktyabrın 15-dən Orxanı itkin düşmüş kimi qeydiyyata aldılar. Sonradan bildirdilər ki, oktyabrın 8-də döyüşlər zamanı şəhid olub. Noyabrın 30-da oğlumu kənd qəbiristanlığında dəfn etdik”,- deyə şəhidin atası Vidadi Balayev deyib.

Həmlə qruplarında snayperçi kimi yer alan qəhrəman döyüşçü düşmən tanklarının ələ keçirilməsində də fəal iştirak edib. O, döyüş bölgəsində çəkiliş aparan müxbirə qənimət kimi ələ keçirilən düşmən tankının üstündə müsahibə verərək, tezliklə qələbə qazanacağımızı bildirib.

Şəhid Orxan Balayev Alpan kənd qəbiristanlığında dəfn olunub. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, bu gün saat 12:00-da şəhidin məzarı ziyarət olunacaq.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Oxşar xəbərlər