top
Quba qəzasında azərbaycanlıların soyqırımı
31 mart 2023, 00:05
- ↺ +

Quba qəzasında azərbaycanlıların soyqırımı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1918-ci ilin mart ayında Bakı Soveti tərəfindən əks-inqilabçılarla mübarizə şüarı altında ermənilər Bakı quberniyasını, o cümlədən Quba qəzasını azərbaycanlılardan təmizləmək məqsədilə soyqırım törətdilər.

Həmin zaman Bakı Kommunasının rəhbəri Stepan Şaumyan bolşevik hökuməti qurmaq adı altında burada etnik təmizləmə həyata keçirməyi qərara almışdı. Quba soyqırımı, həmçinin ləzgilərə, tatlara və başqalarına qarşı yönəlmişdir.

Quba qəzasında soyqırım 1918-ci ilin aprel-may aylarında baş vermişdir. 1918-ci il mayın 1-də Hamazaspın komandanlığı altında 3 000 nəfərlik erməni silahlı birləşmələri Quba şəhərinə hücuma keçmişdir.

Hamazaspın silahlı dəstələri şəhəri dörd hissəyə bölərək hər hissədə ayrıca qərargah yaradırlar. Daşnak dəstələri amansızlıqla dinc əhalini öldürməyə və var-dövlətlərini talan etməyə başlayırlar. Təkcə birinci gün şəhərin aşağı hissəsində 713 nəfər azərbaycanlı öldürülür ki, onların da əksəriyyəti qadın və uşaqlar idi.

Ermənilərin Quba şəhərindəki qətliamı doqquz gün davam edib. Küçələrdə qalan meyitlərin dəfninə belə icazə verilmirdi. Quba şəhər rəisi Ə.Əlibəyov qubalıların nümayəndəsi kimi Hamazaspın yanına gələrək ölülərin dəfn olunmasına icazə istəmişdi. Lakin Hamazasp bundan imtina etmişdi.

Yerli əhali bolşevik-daşnak qüvvələrinə qarşı vuruşmuşdur. Qusarın Caqar kəndinin sakini Hatəm ağa Cağarvi və Kuzun kəndinin sakini Möhübəli Əfəndi Kuzunvinin rəhbərliyi altında mübarizə mütəşəkkil xarakter almışdır. Bundan sonra Əli bəy Zizikski, Xaçmazın Şıxlar kəndinin bəyləri, dəvəçili Həmdulla Əfəndi, qonaqkəndli qaçaq Mayıl və başqaları bu döyüşlərdə böyük qəhrəmanlıq göstərmişlər. Lakin onların qüvvələri bərabər deyildi.

Soyqırım nəticəsində Quba qəzasının 122 kəndi dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmış, 16 mindən çox insan qətlə yetirilmişdir.

2007-ci ildə Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkar edilmişdir. Burada təxminən 400-dən artıq insan cəsədi aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaq, 100-dən çoxu isə qadın idi. Aşkar edilən kütləvi məzarlığın yanında Memorial Kompleks ucaldıldılmışdır.

İstinad edilən mənbələr:


  • Müzəffər Məlikməmmədov. Qanlı dərə: 1918-ci il Quba faciəsi. Bakı-2019.

  • Quba. Aprel-May 1918-ci il. Müsəlman qırğınları sənədlərdə. Solmaz Rüstəmova-Tohidi. Bakı-2013.

  • Vaqif Abışov. Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı. Bakı-2014.

  • Quba və qubalılar. Bakı-2012.

  • Ramiz Ramazanlı. Quba multikultural diyar. Bakı-2017.

  • Tarixi yerlər və abidələr. I Beynəlxalq Quba simpoziumu. Bakı-2020.

  • Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.

  • http://www.anl.az/down/meqale/medeniyyet/2021/mart/739117.htm

  • https://soyqirim.az/link/7326

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər