top
Novruz bayramını bölgələrimizin hotellərində qeyd etmək neçəyə başa gələcək?
08 mart 2023, 20:00
- ↺ +

Novruz bayramını bölgələrimizin hotellərində qeyd etmək neçəyə başa gələcək?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba, Qusar, Xaçmaz və İsmayıllı rayonlarında Novruz bayramını qeyd etmək qonaqlar üçün neçəyə başa gələcək? ShimalNews bu bölgələrdə yerləşən hotelləri və istirahət mərkəzlərini araşdırıb.

İsmayıllıda yerləşən "Basqal Resort & SPA"da 2 nəfərlik otaqların qiyməti 330 manatdan başlayır. Hovuzlu VIP kottecin qiyməti isə 1725 manatdır. Qiymətə səhər yeməyi (açıq bufet), şam yeməyi (açıq bufet), uşaq zonası, uşaq otağı və SPA xidmətləri (qapalı hovuz, sauna, buxar otağı və fitnes zalı) daxildir.

“Su Meyilli Hotel & Spa”nın da bayram günlərini keçirmək istəyənlər üçün maraqlı təklifləri var. Burada 2 nəfər üçün hotel otağının bir gecəsi 120 manatdan başlayır. Qiymətə səhər yeməyi daxildir.

“İsmayilli Resort Hotel”də isə 19-26 mart tarixləri aralığında 1 gecəlik otaq qiyməti 140 manatdan başlayır. Bu qiymətlərə səhər yeməyi, spa xidmətləri (hamam, sauna, şok hovuz), böyüklər üçün fitnes və uşaqlar üçün oyun mərkəzindən istifadə daxildir.

“Vogue Hotel Nabran”da Novruz bayramı paketi 2 gecə 3 gün üçün nəzərdə tutulub. 20 mart tarixində qala gecəsi yeməyi, canlı musiqi, DJ, əyləncəli oyunlar, 21 mart səhər və axşam yeməyi, canlı musiqi, DJ. daxil standart 2 nəfər üçün qiymət 299 manat təşkil edir.

"Quba Palace Hotel" Novruz bayramı günlərini möhtəşəm bayram konserti, tonqal, şən əhvali-ruhiyyə ilə qeyd etməyi təklif edir. 2 nəfər üçün 1 gecənin qiyməti 195 manatdır. Bu qiymətə dağ mənzərəli “deluxe” otaqda gecələmə, geniş çeşidli səhər yeməyi (açıq bufet), SPA (qapalı hovuz, idman zalı, türk hamamı, sauna) və Novruz bayramı proqramı daxildir.

Qubada yerləşən "Macara Lake Resort" 5 cür yerləşmə təklif edir. Novruz bayramı günlərində "Townhouse Standard" otaqlar 190 manatdan, "Lake Park" binasında standart otaqlar isə 200 manatdan başlayır.

Qusarda yerləşən “Ladera Resort”da da bayram əyləncələri təşkil ediləcək. 2 nəfər üçün hoteldə yerləşmə haqqı 150 manat təşkil edir. Qiymətə səhər yeməyi daxildir.

“Shahdag Resort”da yerləşən iki mehmanxanada bayramla əlaqədar xüsusi təkliflər var. “Zirve Hotel”də  2 böyük üçün 1 gecə 99 manat təşkil edir. Qiymət mart ayının sonuna qədər aktivdir və yalnız həftəiçi günlər üçün etibarlıdır. “Şahdağ”da isə 2 nəfər üçün 1 gecənin qiyməti 190 manatdan başlayır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər