top
İlk qadın rəssamlardan qubalı Reyhan Topçubaşovanın anım günüdür
05 mart 2025, 10:31
- +

İlk qadın rəssamlardan qubalı Reyhan Topçubaşovanın anım günüdür

Reyhan Topçubaşova 15 dekabr 1905-ci ildə Qubada anadan olub. O, Azərbaycanın ilk qadın rəssamlarından biri, həmçinin cərrah, ictimai və dövlət xadimi Mustafa bəy Topçubaşovun həyat yoldaşı olub.

Shimal.News məlumat verir ki, Reyhan xanım ilk təhsilini Hacı Zeynalabdin Tağıyevin Bakı Qızlar Məktəbində alıb. Rəssam 1923-cü ilə kimi pedaqoji sahədə çalışmaqla yanaşı, konservatoriyanın (indiki Bakı Musiqi Akademiyası) fortepiano sinfində oxuyub. Lakin onun oğlu İbrahim dünyaya gəldiyinə görə, gənc ana təhsilini tamamlaya bilməyib.

Reyhan xanım 1933-cü ildə xüsusi istedadına görə indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin  birbaşa 3-cü kursuna daxil olub. O, burada 1935-ci ilə qədər təhsil alıb. Elə həmin dövrdən də rəssamlıq sənətinə başlayıb. Bir il sonra isə Azərbaycan rəssamlarının sərgilərinə qatılıb.

İlk sərgilənən “Toy” adlı çoxfiqurlu əsəri hazırda Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə olunur. Onun “Köhnə Bakı küçəsi”, “Köhnə bazar”, “İlk təbliğatçı Mina xanım”, “İki sahil”, “Qoca zalım şahın hüzurunda”, “Qız qalası”, “Dəniz”, “Mərdəkanın görünüşü” adlı süjetli tabloları və “Balerina Qəmər Almaszadənin portreti”, “M.Ə.Sabirin portreti”, “Avtoportret” və “Nizami Gəncəvi” kimi portretləri var. Sənət əsərləri müxtəlif Bakı muzeylərinin kolleksiyasında saxlanılır.

Reyhan Topçubaşova 5 mart 1970-ci ildə Bakıda vəfat edib.

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:55

Qubada yola yamaq vurdular, amma dağılan hissə təmirsiz qaldı

Cəmiyyət
Dünən, 16:44

"Şəki Yaylası" faciəsində yeni detal: Qoruyucu ilə bağlı suallar yaranıb

Cəmiyyət
Dünən, 16:00

Xaçmaz və Qubanın bir sıra kəndlərində qaz olmayacaq

Kriminal
Dünən, 15:00

Şabranda vandalizm hadisələri baş verir, qədim qəbirlər qazılır

Cəmiyyət
Dünən, 14:05

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı maarifləndirici görüşlər keçirilib

İqtisadiyyat
Dünən, 13:10

Şimalın 5 rayonunda neft qaz axtarışı aparılacaq

İqtisadiyyat
Dünən, 12:10

Prezident Administrasiyasının əməkdaşı Xudatda baxış keçirib

Cəmiyyət
Dünən, 11:28

Xaçmazda bu yolda 8 kilometr məsafəni qət etmək 40 dəqiqə çəkir

Cəmiyyət
Dünən, 10:42

Zaqatalada şəhid ailəsi ziyarət edilib, sakinlərin müraciətləri dinlənilib

Cəmiyyət
Dünən, 10:00

Şimallı igid şəhidlərimizin doğum günüdür

Hadisə
Dünən, 09:30

Qubada iki avtomobil toqquşdu – FOTO

Cəmiyyət
13 sentyabr 2026, 10:19

Qaxın dağlar qoynunda gizlənən qədim kəndi – Sarıbaş

İdman
12 sentyabr 2026, 18:02

Xaçmazda kənd stadionu yenilənərək istifadəyə verildi

Cəmiyyət
12 sentyabr 2026, 17:20

Qubada II LCOY Azərbaycan 2026: Milli Gənclər Bəyanatı hazırlanır

Cəmiyyət
12 sentyabr 2026, 16:10

Qubada işıqfor sonrası tıxac: Sürücülər problemin həllini belə görür

Cəmiyyət
12 sentyabr 2026, 15:52

Xudatda yeni istiqamət lövhələri quraşdırılır

Cəmiyyət
12 sentyabr 2026, 15:35

Qubadan olan Milix Yevdayevə yüksək dövlət ordeni təqdim edildi

Cəmiyyət
12 sentyabr 2026, 14:44

Zaqatala xəstəxanasında yanğın təlimi keçirildi

İqtisadiyyat
12 sentyabr 2026, 13:54

Zaqataladakı heyvan bazarlarının fəaliyyətinə icazə verildi

İdman
12 sentyabr 2026, 12:53

"Qəbələ" Gəncədə, "Şamaxı" Sumqayıtda – Premyer Liqada 5-ci tur

Cəmiyyət
12 sentyabr 2026, 11:52

Qubada dağ yəhudiləri 5787-ci ili qarşılayırlar – Roş ha-Şana qeyd olunur

İdman
12 sentyabr 2026, 11:12

"Zaqatala"dan qonaqlara 3 cavabsız qol – VİDEO

Cəmiyyət
12 sentyabr 2026, 10:24

İsmayıllıdan olan şəhid leytenant Elnur Səmədovun döyüş yolu

Cəmiyyət
12 sentyabr 2026, 09:18

Qusarda dövlət bayraqlarına 12 min manatdan çox pul xərclənəcək

Oxşar xəbərlər