top
Bu gün qusarlı Əməkdar artist Aliyə Ramazanovanın doğum günüdür
07 fevral 2024, 12:30
- ↺ +

Bu gün qusarlı Əməkdar artist Aliyə Ramazanovanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aliyə Allahqulu qızı Ramazanova 7 fevral 1941-ci ildə Qusar rayonunun Piral kəndində anadan olub.

Ramazanova uşaq ikən onun atası İkinci Dünya müharibəsində həlak olub, dörd yaşı tamam olanda isə onun böyük bacısı, sonra isə anası rəhmətə gedib. Buna görə o, Bakının 11 saylı uşaq evində böyüyüb. O, rəqs etməyi sevdiyindən 16 yaşında Dövlət Mahnı və Rəqs Ansamblına işləməyə dəvət alıb.

Aliyə Ramazanova 1958-1982-ci illərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mahnı və Rəqs Ansamblının baş solisti olub. Həmin zaman o, keçmiş SSRİ respublikaları, Pribaltika respublikaları, Avropa, Asiya, Ərəbistan, Afrika, Amerikanın bütün bölgələrində qastrol səfərlərində çıxış edib.

1982-ci ildən Aliyə Ramazanova Dövlət Mahnı və Rəqs Ansamblında “Sevinc”, Şəhriyar adına mədəniyyət ocağında “Zəriflik”, indiki Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında “Cücələrim”, “Çiçəklər” ansambllarının yaradıcısı olub.

Ramazanovanın yaratdığı “Vağzalı-Mirzeyi”, “Tərəkəmə”, “Ağ çiçək”, “İnnabı”, “Ceyran”, “Qara tellər”, “Nazlana-nazlana”, “Dağlar gözəli”, “Uzundərə”, “Sarı gəlin” və digər rəqslər rəqqaslıq sənətinin nümunələri sayılır. O, 1982-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti adına layiq görülüb.

Aliyə Ramazanova 1 sentyabr 2023-cü ildə vəfat edib. O, Yasamal qəbiristanlığında dəfn olunub.

İstinad edilən mənbələr:

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:19

Xaçmazda yeni körpü "ögey" çıxdı: Köhnə körpü niyə bağlanıb?

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 39-cu günü: XRONİKA

Cəmiyyət
Dünən, 18:00

Qaxa yeni zibil maşınları və tullantı konteynerləri gətirildi

Faydalı
Dünən, 17:17

Qubada bu xəstəxanaların adı dəyişdirildi

İqtisadiyyat
Dünən, 16:31

Avtobus marşrutlarının qalibləri - ADLAR

Hadisə
Dünən, 16:23

Şəkidə qəza – İki avtomobilə ciddi ziyan dəyib - VİDEO

Cəmiyyət
Dünən, 15:45

Çala-çuxur və kollar: Qusarda sakinlərin yol problemi

İqtisadiyyat
Dünən, 14:29

Əcnəbi aqronom və baytar həkimlər üçün güzəşt olunacaq

Cəmiyyət
Dünən, 14:26

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Cəmiyyət
Dünən, 14:13

Hərbi qulluqçular məsuliyyətə cəlb oluna bilər

Cəmiyyət
Dünən, 13:45

Qaz xəttinin üzərində obyekt tikmək istəyirlər? - lövhəni kəsib apardılar

Hadisə
Dünən, 12:53

Qaxda 7 nəfər göbələkdən zəhərlənib

Hadisə
Dünən, 12:05

Oğuzda meşədə yanmış meyiti tapılan şəxs direktor müavini imiş - YENİLƏNİB

Hadisə
Dünən, 11:58

Şəki gimnaziyasında 50 min manatdan çox mənimsəmə iddiası

Cəmiyyət
Dünən, 11:16

Qusarın 3 kəndi qazlaşdırılır

Hadisə
Dünən, 10:30

Şəkidəki qəzada ölən 24 yaşlı gənc bu yaxınlarda ata olubmuş - FOTO

Cəmiyyət
Dünən, 09:30

FHN-də yeni təyinat: Rövşən Nəbiyev Qəbələyə göndərildi

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Cəmiyyət
02 noyabr 2026, 18:09

Qubalı balacalar 1-ci oldular

Cəmiyyət
02 noyabr 2026, 17:20

Qubanın 4 yaşayış məntəqəsini birləşdirən yol asfaltlanır

İdman
02 noyabr 2026, 16:51

Məktəblilər bir ay ərzində ödənişsiz üzgüçülük öyrənəcəklər

Kriminal
02 noyabr 2026, 16:23

Qax və Şəkinin meşə təsərrüfatı rəsmiləri rüşvət ittihamı ilə üzləşib

Kriminal
02 noyabr 2026, 16:07

Xaçmazda ailə münaqişəsi cinayətlə bitib - TƏFƏRRÜAT

Cəmiyyət
02 noyabr 2026, 15:40

Kvadrosikllər Qaxda maraqla qarşılanıb – VİDEO

Cəmiyyət
02 noyabr 2026, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Cəmiyyət
02 noyabr 2026, 14:30

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Faydalı
02 noyabr 2026, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
02 noyabr 2026, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

Oxşar xəbərlər