Paytaxtda Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən "Payız Əfsanələri - 2026" rəqs müsabiqəsində Qubanın balaca istedadları Arzu Bayramova və Nəzrin Qurbanova birinci yerə layiq görülüblər.
Shimal.News xəbər verir ki, 6 yaşlı Arzu Bayramova şəhid Ruslan Bayramovun qızıdır. İlk dəfə səhnəyə çıxan balaca "Nazilə" rəqsi ilə, 7 yaşlı Nəzrin Qurbanova isə özbək rəqsi "Pəri-pəri" ilə münsiflər heyətinin rəğbətini qazanaraq birinci yerə layiq görülüblər.
Hər iki balaca rəqqasəni ürəkdən təbrik edir, onlara yeni qələbələr arzulayırıq!