Qax şəhərində kommunal xidmətlərin keyfiyyətinin artırılması, təmizlik və sanitariya vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.
Shimal.News xəbər verir ki, bu məqsədlə şəhərin kommunal təsərrüfatına məişət tullantılarının daşınması üçün yeni xüsusi təyinatlı avtomobillər cəlb olunub.
Bununla yanaşı, sanitar-təmizlik xidmətlərinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə şəhərdə yeni məişət tullantısı konteynerləri də istifadəyə verilib.