Qaxda ümumilikdə 7 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Shimal.News xəbər verir ki, oktyabrın 30-da həmin şəxslərdən biri qadın və bir kişi olaqla ilkin tibbi yardımdan sonra evə buraxılıb, digər beş nəfər isə Bakıya təxliyə olunub.
TƏBİB-dən bildirilib ki, beş kişinin vəziyyəti qənaətbəxş qiymətləndirilib. Həmin şəxslər ambulator müalicə üçün evə buraxılıb.
İlkin məlumata görə, zəhərlənmə meşəlik ərazidən toplanılan yabanı göbələklərin istehlakı nəticəsində baş verib.