Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndindən keçən hissəsində qəza baş verib.
Shimal.News xəbər verir ki, hərəkətdə olan "Nissan" və "Daewoo" markalı avtomobillər toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.
Hadisə zamanı xəsarət alanların olub-olmamağı dəqiqləşdirilir.
Qəzadan sonra yolda qısamüddətli tıxac yaranıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.