Şəki şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın vəzifəli şəxsi mənimsəmədə ittiham olunur.
Gimnaziyanın baş mühasibi Vüqar Məmmədova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama görə, baş mühasib vəzifəsində çalışdığı müddətdə 50 min manatdan çox vəsaiti mənimsəyib. O, istintaq dövründə dəymiş ziyanı ödəməyib.
İstintaq orqanı tərəfindən onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Zərərçəkmiş şəxs qismində Elm və Təhsil Nazirliyi tanınıb.
Mənbə: Apa.аz