Noyabrın 3-də Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir.
Shimal.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 5-10, gündüz 12-17 dərəcə isti gözlənilir.