Ekstremal yürüşlər üçün nəzərdə tutulan kvadrosikllər Qaxın dağlıq ərazilərində maraqlı mənzərə yaradıb. Texnikalar yerli sakinlərin də diqqətini çəkib.
Shimal.News xəbər verir ki, Bakıdan gələn kvadrosikl həvəskarları Sarıbaş kəndinə tur təşkil ediblər.
Səfərin məqsədi həm turizm və əyləncə, həm də yolsuzluq şəraitində texnikanın imkanlarını sınaqdan keçirmək olub. İştirakçılar dağ yollarında hərəkət edərək kvadrosikllərin çətin relyefdə performansını yoxlayıblar.
Qeyri-adi nəqliyyat vasitələri Sarıbaş sakinlərinin də marağına səbəb olub.