top
Qusarlı gənc alim fəlsəfə doktoru oldu
Bu gün, 14:30
- ↺ +

Qusarlı gənc alim fəlsəfə doktoru oldu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qusar rayonunun Yuxarı Zeyxur kəndindən olan Camirzə Ağacanov fəlsəfə doktoru elmi dərəcəsi alıb.

Shimal.News xəbər verir ki, Camirzə Hörmət oğlu Ağacanov 1995-ci ildə Qusar rayonunun Yuxarı Zeyxur kəndində anadan olub. 2012-ci ildə doğulduğu kənddə tam orta təhsilini əla qiymətlərlə başa vurub. Məktəb illərindən elmə və biliyə maraq göstərən gənc respublika fənn olimpiadalarında iştirak edərək bir dəfə birinci, bir dəfə isə üçüncü yerə layiq görülüb.

Ali məktəblərə qəbul imtahanlarında 608 bal toplayan Camirzə Ağacanov Bakı Ali Neft Məktəbinə qəbul olunub. 2014-cü ildə təhsilini Bakı Dövlət Universitetində kompüter elmləri ixtisası üzrə davam etdirib. 2018-ci ildə bakalavr təhsilini başa vurduqdan sonra həmin ixtisas üzrə magistraturaya qəbul olunub. O, "Kompüter sistemləri və şəbəkələrinin proqram təminatı" istiqaməti üzrə ixtisaslaşaraq 2020-ci ildə magistr dərəcəsi alıb.

Elmi fəaliyyətini davam etdirən Camirzə Ağacanov 2021-ci ildə "Sistem analizi, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə fəlsəfə doktoru proqramına qəbul olunub.

Uzunmüddətli elmi tədqiqatların nəticəsi olaraq, 30 may 2025-ci ildə "Kommersiya banklarında risklərin qiymətləndirilməsi və idarə olunması üçün neuro-fuzzy modellərin və instrumental vasitələrin işlənməsi" mövzusunda dissertasiya işini uğurla müdafiə edib.

Gənc alimin əmək fəaliyyəti də müxtəlif sahələri əhatə edir. O, müxtəlif illərdə Bakı Dövlət Universitetində müəllim, Dövlət İmtahan Mərkəzində məsləhətçi, "Metak" şirkətində və "Avrasiya Bank" ASC-də proqramçı vəzifələrində çalışıb. Hazırda "PAŞA Holding"ə daxil olan "PAŞA Həyat Sığorta" ASC-də fəaliyyətini davam etdirir.

30 oktyabr 2026-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Camirzə Ağacanova fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi barədə qərarı təsdiqləyib.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 14:56

Sabahın hava proqnozu açıqlanıb

Faydalı
Bu gün, 13:49

Qusarda bayram konserti keçiriləcək

İdman
Bu gün, 13:03

Balakəndə futbol üçün yeni nəfəs - klub stadionu yeniləyir

İqtisadiyyat
Bu gün, 12:22

Şabalıdın məhsuldarlığı azalıb

Cəmiyyət
Bu gün, 11:42

Qusarlı Vətən müharibəsi iştirakçısı dövlət dəstəyi ilə öz biznesini qurdu

İdman
Bu gün, 11:10

Xaçmazlı idmançı qadın ABŞ-də dünya rekordunu qırdı - FOTO

Hadisə
Bu gün, 10:45

Oğuzda meşəlik ərazidə yanmış kişi meyiti aşkarlanıb

Cəmiyyət
Bu gün, 10:22

Şamaxıda dəmirçinin çəkici səsi niyə susur? – Qədim sənət yox olmaq üzrə

Hadisə
Bu gün, 09:30

Şəkidə avtomobil dərəyə aşdı: 1 ölü, 3 yaralı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
31 oktyabr 2026, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
31 oktyabr 2026, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
31 oktyabr 2026, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
31 oktyabr 2026, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
31 oktyabr 2026, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
31 oktyabr 2026, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
31 oktyabr 2026, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
31 oktyabr 2026, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
31 oktyabr 2026, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
31 oktyabr 2026, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
31 oktyabr 2026, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
31 oktyabr 2026, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Oxşar xəbərlər