Ağsu rayonunda yeraltı qaz xəttinin keçdiyi ərazidə xəbərdarlıq lövhəsi kəsilərək aparılıb. Hadisə təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb.
Rayon sakini Ağaəfəndi Əliyev iddia edir ki, naməlum şəxslər ərazini qazaraq burada obyekt tikmək istəyirlər. Onun sözlərinə görə, qaz xəttinin üzərində tikinti işlərinin aparılması ciddi təhlükə yarada bilər. Sakin ehtimal olunan partlayışın ona məxsus obyektə də zərər vura biləcəyindən narahatdır.
Video: XəzərXəbər