Aqroparkların fəaliyyətinə cəlb edilən xarici mütəxəssislər üçün iş icazəsi tələbinin aradan qaldırılması təklif olunur.
Shimal.News xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.
Layihəyə əsasən, aqropark rezidenti hüquqi şəxs olduqda onun rəhbəri və müavinləri, eləcə də rezident tərəfindən Azərbaycanda əmək fəaliyyətinə cəlb edilən və müvafiq sahədə təcrübəsi olan əcnəbi aqronomlar, bağçılıq mütəxəssisləri və baytar həkimlər iş icazəsi tələb olunmayan şəxslər sırasına daxil ediləcək.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.