Quba rayonunda Şabrançay-Çiçi-Səbətlər-Təngəaltı avtomobil yolunun asfaltlanmasına başlanılıb.
Shimal.News xəbər verir ki, bu barədə Quba Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, işlər yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və yaşayış məntəqələri arasında nəqliyyat əlaqələrinin asanlaşdırılması məqsədilə həyata keçirilir.