top
Bu gün Qubanın fəxri tarixçisi İlyas Babayevin doğum günüdür
23 mart 2023, 13:00
- ↺ +

Bu gün Qubanın fəxri tarixçisi İlyas Babayevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İlyas Atababa oğlu Babayev 23 mart 1935-ci ildə Quba rayonunun Xanəgah kəndində anadan olub.

İlyas Babayev Qafqaz Albaniyası dövlətinin yaranması tarixini tədqiq etmişdir. O, 270-dən artıq elmi əsərin müəllifidir. 80-dən çox elmi mə­qa­ləsi xarici ölkələr­də nəşr olunmuşdur. İlyas Babayev ali və orta məktəb dərsliklərinin, çoxcildlik “Azərbaycan tarixinin” I-II cildlərinin, “Azərbaycan numizmatikası”nın I cildinin, çoxcildlik “Azərbaycan Ensiklopediyası”nın, “Naxçıvan Ensiklopediyası”nın müəlliflərindən biridir.

Tarixçi 1941-1948-ci illərdə Xanəgah kənd məktəbində, 1949-1952-ci illərdə isə Quba rayonunun Rustov kənd orta məktəbində oxuyub. O, 1953-1958-ci illərdə indiki Bakı Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb.

İlyas 1959-1990-cı illərdə Qəbələ arxeoloji ekspedisiyasının təşkilatçılarından və iştirakçılarından biri olmuşdur. O, 1965-ci ildə Azərbaycan SSR EA Tarix İnstitutunun Arxeologiya şöbəsinin baş laborantı idi.

İlyas 1987-ci ildən Azərbaycan SSR EA Tarix İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri seçilmişdir. O, 1997-ci ildən Bakı Dövlət Universitetinin nəşr etdiyi “Tarix və onun problemləri” jurnalının Redaksiya Şurasının üzvü olub.

Professor 2001-2010-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında tarix ixtisası üzrə Ekspert Şurasının üzvü idi.

O, 2002-ci ildən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. İlyas 2005-ci ildən Koreya arxeoloqları ilə birlikdə fəaliyyət göstərən Qəbələ arxeoloji ekspedisiyasına rəhbərlik etmişdir.

Tarixçi 2006-2007-ci illərdə “Azərbaycan arxeologiyası” jurnalının Redaksiya Şurasının üzvü seçilmişdir. 2007-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir.

O, 2007-2009-cu illərdə Macarıstanın Budapeşt şəhərində keçirilən beynəlxalq elmi konfranslarda iştirak edərək Azərbaycanın qədim tarixi və arxeoloji abidələri haqqında məruzələr etmişdir.

Alim 2010-cu ildən “Azərbaycan Milli Elmlər Akademiyasının Xəbərləri” (tarix, fəlsəfə və hüquq seriyası) jurnalının Redaksiya Şurasının üzvü olmuşdur. 2011-ci ildən o, Milli Azərbaycan Tarixi Muzeyinin “Elmi Əsərlər”i məcmuəsinin Redaksiya Heyətinin üzvü idi.

İlyas 2011-2012-ci illər Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Kommissiyasında Tarix və Siyasi elmlər üzrə Ekspert Şurasının sədri olmuşdur.

İlyas Babayev 27 dekabr 2017-ci ildə Bakıda vəfat etmişdir.

İstinad edilən mənbələr:

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər