Bu gün - oktyabrın 1-i Azərbaycan Respublikasında prokurorluq işçiləri peşə bayramlarını qeyd edirlər.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanları fəaliyyətə başlamışdır. Bu tarixə əsasən, ümummilli lider Heydər Əliyev hər il oktyabrın 1-inin Azərbaycan Respublikasında prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalamışdır.