Mikayıl Müşfiq 1937-ci ilin repressiyaları zamanı "xalq düşməni" ittihamı ilə həbs edilib və həmin il həyatına son qoyulub.
Shimal.News məlumat verir ki, bu gün XX əsr Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən biri sayılan Mikayıl Müşfiqin xatirəsi anılır.
Gənc nəslə ilham verən pedaqoq kimi yadda qalan Müşfiq 1908-ci ildə Bakıda anadan olub, əslən Xızıdandır. 1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verir. Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilir.
Gənc yaşlarından şeirə olan marağı onun ədəbiyyata olan sevgisini üzə çıxardı. O, öz şeirlərində vətənpərvərlik, sevgi, azadlıq və insanlıq mövzularına toxunaraq oxucuların qəlbini fəth edib. Onun "Yenə o bağ olaydı", "Oxu, tar", "Gecə və gündüz" kimi şeirləri Azərbaycan poeziyasının inciləri hesab olunur.
Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, Qaradağ rayonunda qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.