top
Bu gün həyatını səhnəsiz təsəvvür edə bilməyən qubalı Düriyyə Rəhimovanın doğum günüdür
15 mart 2024, 14:20
- ↺ +

Bu gün həyatını səhnəsiz təsəvvür edə bilməyən qubalı Düriyyə Rəhimovanın doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Düriyyə Gülbaba qızı Rəhimova 1929-cu ildə Qubanın Qımıl kəndində anadan olub.

O, orta təhsilini Quba şəhərində aldıqdan sonra Quba Dövlət Pedaqoji Məktəbində oxumuşdur. Düriyyə məktəb illərində rayon və respublika musiqi festivallarında iştirak edərək bir neçə dəfə birinci yerə layiq görülüb. O, bəstəkar Asəf Mehmanla tanış olub, onun ilk mahnılarını ifa edib.

Rəhimova 1947-1959-cu illərdə respublika özfəaliyyət kollektivlərinin müsabiqəsində birinci yer qazanmışdır. Sənətkar Pedaqoji məktəbi bitirdikdən sonra uşaq evində müəllim kimi çalışıb və Quba rayonunun Mədəniyyət Evinin direktoru olub.

Düriyyə 1960-cı ildə Quba Dövlət Dram Teatrına işə düzəlib. Həmin zaman o, 30-dan çox rol ifa etmişdir. 1962-ci ildə teatr bağlandıqdan sonra Rəhimova Dağıstan Mədəniyyət Nazirliyinin dəvəti ilə ailəsi ilə birlikdə Dağıstana köçüb. O, əvvəlcə radio komitəsində, sonra isə Süleyman Stalski adına Ləzgi Dövlət Teatrında işləməyə başlayır. 1989-cu ildə Düriyyə Rəhimova Ləzgi Teatrını tərk edərək uzun müddət Dərbənd Azərbaycan Dövlət Dram Teatrında çalışıb.

Özü haqda belə deyərdi: “Mən həyatımı səhnəsiz təsəvvür etmirəm”. Şair Bayram Səlimov Düriyyə Rəhimovanın səsinə heyran olaraq, onu “ləzgilərin bülbülü” adlandırmışdır.

Onun ifa etdiyi bir çox mahnılar Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri və Dağıstan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin “Qızıl Fondları”na daxil edilmişdir.

Sənətkara 1965-ci ildə “Dağıstan Respublikasının Əməkdar artisti”, 1977-ci ildə isə “Dağıstan Respublikasının Xalq artisti” fəxri adları verilmişdir. 1986-cı ildə o, “Xalqlar Dostluğu” ordeni ilə təltif olunmuşdur.

Düriyyə Rəhimova 29 mart 2014-cü ildə Dərbənddə vəfat edib.

İstinad edilən mənbələr:

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər