Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə hər il 9 Noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd olunur. Buna səbəb isə üçrəngli bayrağın ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilməsidir.
Üçrəngli bayraq ikinci dəfə 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Dövlət Bayrağı Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunmuşdur.
Ulu öndər Heydər Əliyev belə deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.”