Qusarın Zindanmuruq kəndində sakinləri narahat edən məsələlər dinlənilib.
Shimal.News məlumat verir ki, vətəndaşlar əsasən elektrik enerjisinin zəif olduğunu bildiriblər, torpaq sahəsinə çıxarışın alınmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəbulda icra başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bir sıra idarə, müəssisələrin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı sakinlər kənddə şəhid ailəsinin üzvü yaşadığı evə qaz xəttinin çəkilməsinə görə rayon rəhbərinə təşəkkürünü bildiriblər.