top
Xaçmazda transformator qalmaqalında günahkar kimdir?-Qurumlar yoxsa, ev sahibi?
Video
20 fevral 2026, 15:15
- ↺ +

Xaçmazda transformator qalmaqalında günahkar kimdir?-Qurumlar yoxsa, ev sahibi?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir müddət əvvəl Xaçmaz şəhərinin Nəriman Nərimanov prospektində yerləşən yaşayış binasına xidmət göstərən transformatorun sakinlər üçün təhlükə mənbəyinə çevrilməsi ilə bağlı xəbər yayımlamışdıq. Sakinlər iddia edirlər ki, qurğu yaşayış evinə demək olar ki, bitişik quraşdırılıb və bu vəziyyət insanların həyatı üçün real təhlükə yaradır.

Məsələ tərəfimizdən işıqlandırıldıqdan sonra Xaçmaz Rayon İcra Hakimiyyətindən bildirilib ki, transformator "Azərişıq ASC" tərəfindən normativ qaydalara uyğun quraşdırılıb.

Xaçmaz şəhər İƏD isə fərqli mövqe səsləndirib. Qurumun məlumatına görə, transformator həmin ərazidə əvvəlcədən mövcud olub, sonradan vətəndaş tərəfindən ev ona bitişik tikilib:

"Transformatorun yeri köhnə qurğunun yeridir. 2018-ci ildə yenilənib, ev isə 2020-ci ildə tikilib. Müraciət əsassızdır".

Normativlərə görə isə risk açıq görünür.

Shimal.News-a müraciət edən ev sahibi Natiq Əliyevin sözlərinə görə, transformatorla ev arasındakı məsafə yarım metrdən də azdır. 

O bildirir ki, qurğunun səsi və titrəyişi evin içərisində aydın hiss olunur.

"Bu, açıq təhlükə mənbəyidir. Ani nasazlıq və ya qığılcım bütün evi alova bürüyə bilər. İllərdir müraciət edirik, amma nəticə yoxdur", – deyə sakin narazılığını ifadə edib.

Mövcud təhlükəsizlik qaydalarına əsasən, elektrik qurğuları ilə yaşayış evləri arasında müəyyən məsafə saxlanılmalıdır. 

Gərginlikdən asılı olaraq minimum 1.5 - 4 metr (1-10 kV üçün) və daha yüksək məsafələr saxlanılmalıdır. Mühafizə zonalarında tikinti işləri məhdudlaşdırılır. Bu tələblər insan həyatı və əmlakın qorunması üçün tətbiq olunur.

Ərazidə yaşayanlar risklərin aradan qaldırılmasını və məsul qurumların konkret addımlar atmasını tələb edirlər.    

Görünən odur ki, problemlə bağlı qurumlar fərqli-fərqli açıqlamalar versələr də, transformatorun düzgün yerləşdirildiyini, məsələdə günahın ev sahibində olduğuna işarə edirlər. Amma maraqlıdır ki, qurum evin 2020-ci ildə inşa edildiyini desə də, vətəndaşın fərdi yaşayış evi tam qanuni əsaslarla mövcuddur. Əmlakın çıxarışı və texniki pasportu var, mülkiyyət hüquqları isə hələ 2004-cü ildən dövlət qeydiyyatına alınıb. Bu fakt sakinlərin narahatlığını daha da artırır.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Bu gün, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Bu gün, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Bu gün, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Bu gün, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Bu gün, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Bu gün, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Bu gün, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Bu gün, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Bu gün, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Bu gün, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Bu gün, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Bu gün, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
Dünən, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
Dünən, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
Dünən, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
Dünən, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
Dünən, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
Dünən, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
Dünən, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Hadisə
Dünən, 14:30

Şəkidə iki maşın toqquşdu, xəsarət alanlar var

Cəmiyyət
Dünən, 14:04

Şəki xəstəxanasına baş həkim təyin olundu

Cəmiyyət
Dünən, 13:47

Bayram günləri üçün Bakı-Qəbələ qatarının qrafiki açıqlandı

İdman
Dünən, 13:14

"Zaqatala" 600 manat cərimələndi

Cəmiyyət
Dünən, 12:18

Xaçmazda yeni körpünün inşası davam etdirilir

Cəmiyyət
Dünən, 11:40

Şimal və 6 Noyabr Azərbaycan Televiziyası və Radiosu Günü

Oxşar xəbərlər