Qusarın Laza kəndində yeni körpü inşa edilərək, sakinlərin istifadəsinə verilib.
AZƏRTAC-ın məlumatına görə, körpü ötən ilin avqust ayında güclü yağışlar nəticəsində yaranan sel nəticəsində dağılmışdı.
Yeni körpü Qusar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında, "Körpü-Bina-Tikinti" MMC tərəfindən inşa edilib.
Körpü nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edir.![]()