Şimalın bəzi bölgələrində leysan xarakterli yağış yağıb, Şahdağda qar müşahidə olunub.
Shimal.News xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Modern.az-a verdiyi məlumata görə, ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə şimşək çaxıb.
Ən çox yağıntı Şamaxıda qeydə alınıb — 63 mm. Bu, aylıq normanın 83 faizini təşkil edir. Oğuzda 52 mm (normanın 51 faizi), Saatlıda 17 mm (42 faiz) yağıntı düşüb.
Kişçayda (Şəki) 15 mm, Sarıbaşda (Qax) 12 mm, Zaqatala və Tərtərdə 11 mm, Ordubad və Qubada 10 mm, Şahdağda isə 9 mm yağıntı qeydə alınıb.
Digər ərazilərdə yağıntının miqdarı 8 mm-dək, Bakı və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzuli rayonlarında qısamüddətli, intensiv leysan xarakterli yağış yağıb.