top
Xaçmazda vəzifəli şəxsi bıçaqlayan şəxsin şikayəti təmin edilməyib
Bu gün, 16:15
- ↺ +

Xaçmazda vəzifəli şəxsi bıçaqlayan şəxsin şikayəti təmin edilməyib

Xudatda hüquq-mühafizə orqanlarında çalışan şəxsi bıçaqlamaqda təqsirləndirilən Kamran Tağıyevin 6 illik həbs cəzası qüvvədə saxlanılıb.

Təqsirləndirilən şəxsin hökmə verdiyi apellyasiya şikayətinə baxılıb və təmin edilməyib.

İttihama görə, hadisə 2025-ci il yanvarın 15-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib.

Kamran Tağıyev axşam saatlarında şəhər parkında hüquq-mühafizə orqanlarından birində çalışan tanışı İ.İ. ilə qarşılaşıb. Orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olan Kamran zərərçəkmişə peşə fəaliyyəti ilə bağlı nalayiq ifadələr işlədib və aralarında mübahisə yaranıb.

Ətrafdakı şəxslərin müdaxiləsindən sonra tərəflər ayrılıb. Lakin ittihama əsasən, Kamran evinə gedərək mətbəx bıçağı götürüb və yenidən tanışını axtarmağa çıxıb.

Həmin gün saat 23:00 radələrində Xudatın S.Stallı küçəsində İ.İ.-ni taparaq ona bıçaqla iki zərbə endirib. Zərbələrdən biri kürək, digəri isə sağ əl nahiyəsinə dəyib.

Kamran Tağıyev məhkəmədə özünü qismən təqsirli hesab edib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il müddətinə azadlıqdan məhrum edilib.

Apellyasiya instansiyası həmin qərarı dəyişmədən saxlayıb.

Mənbə: Pravda.az

Son xəbərlər

İdman
Bu gün, 16:49

İnanılmaz hesab: "Şəki"yə 12 cavabsız qol

Hadisə
Bu gün, 15:50

Quba-Xaçmaz yolunda ağır qəza: Ölən var – YENİLƏNİB

İqtisadiyyat
Bu gün, 14:28

Yağış Qubanın alma bağlarını vurdu: fermerlər böyük zərərlə üz-üzə

Kriminal
Bu gün, 13:20

Xaçmazda qayınatasını yumruqla öldürən şikayətçidir

Cəmiyyət
Bu gün, 12:29

Oğuzda keçmiş ər-arvad bir-birini döyüb

İdman
Bu gün, 11:44

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazanıb

Cəmiyyət
Bu gün, 10:50

Köhnə Xudatda işıqfor ləngimə yaradır – VİDEO

Hadisə
Bu gün, 10:01

İsmayıllıda 29 yaşlı gənc bıçaqlanıb

Cəmiyyət
Bu gün, 09:37

Quba-Xaçmaz yolunda məktəblilər üçün təhlükəsizlik artırılmalıdır – VİDEO

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 11-ci günü – XRONİKA

Cəmiyyət
Dünən, 18:00

124 yaşlı Xaçmaz Dəmiryol Vağzalı əsaslı təmir olunub

İdman
Dünən, 17:58

"Şahdağ Qusar"ın direktoruna töhmət verilib

Hadisə
Dünən, 17:00

Xaçmazda avtomobil iki məktəblini vurub

Cəmiyyət
Dünən, 17:00

Qəbələdə Azərbaycan – Yaponiya oyunu 0:0 - YENİLƏNİB

Cəmiyyət
Dünən, 16:53

Quba-Xaçmaz yolunda məktəblilər üçün təhlükəsizlik artırılmalıdır – VİDEO

Cəmiyyət
Dünən, 15:33

TƏBİB-in İcraçı direktoru Qubada sakinlərlə görüşəcək

Hadisə
Dünən, 15:00

Qayınana kürəkənin maşınına təpik atdı, cavabında yumruq "yedi"

Cəmiyyət
Dünən, 14:44

Nazir müavini Qəbələdə vətəndaşları qəbul edəcək

Cəmiyyət
Dünən, 12:54

60 min sakin Xudat xəstəxanasının acınacaqlı mənzərəsindən danışır – VİDEO

Kriminal
Dünən, 12:05

Qubada 19 kiloqram narkotik vasitə aşkarlanıb

Cəmiyyət
Dünən, 11:11

FHN Xaçmazda yeni xilasetmə məntəqələri yaradacaq

İdman
Dünən, 10:54

Qəbələdə futbol həyəcanı: Azərbaycan Yaponiyaya qarşı

Hadisə
Dünən, 10:44

Qaxda yol qəzası: 1 ölü, 4 yaralı - YENİLƏNİB

Oxşar xəbərlər