Bir müddət öncə Shimal.News-un yayımladığı problem həll olunub.
Shimal.News xəbər verir ki, Quba Rayon Mərkəzi Xəstəxanasının həyətində yerləşən bulağın kranı yenidən quraşdırılıb və su mənbəyindən istifadə imkanı bərpa edilib.
Bundan əvvəl Zəfər bulağının aylardır kransız qaldığı və sakinlərin sudan istifadə edə bilmədiyini redaksiyamız yayımlamışdır.