Qubanı təmsil edəcək "Səbail" klubu şəhərdə genişmiqyaslı futbol kompleksi inşa etməyi planlaşdırır.
Layihə çərçivəsində 6 futbol meydançası və inzibati binaların inşası nəzərdə tutulur. Sənədləşmə işləri başa çatdıqdan sonra 4 təbii ot örtüklü, 2 süni örtüklü meydança və inzibati binalar olacaq.
Klub layihənin həyata keçirilməsi ilə bağlı Türkiyənin "Altınordu" klubu ilə görüş keçirməyi planlaşdırır. "Səbail" futbol akademiyalarından biri ilə tanınan klubun təcrübəsindən yararlanmaq niyyətindədir.
Hazırda "Səbail"in U-17 və U-19 komandalarından başqa, digər yaş qrupları üzrə kollektivləri liqa yarışlarında iştirak edir. İnfrastruktur hazır olduqdan sonra klubun bütün yaş qrupları üzrə komandalarının Qubada fəaliyyət göstərməsi nəzərdə tutulur.
Mənbə: Sportal.az