Zaqatalada polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
DİN-in mətbuat xidmətinin Shimal.News-a verdiyi məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş F.Buğluyev saxlanılıb. Onun üzərindən 1 kiloqram 500 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
Saxlanılan şəxsin ifadəsinə görə, narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu İran vətəndaşından satış məqsədilə əldə edib.
Faktla bağlı cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə F.Buğluyev barəsində həbs qətimkan tədbiri seçilib.