top
Azəriqazın əməkdaşı dələduzluq etdi
10 sentyabr 2026, 12:22
- ↺ +

"Azəriqaz"ın əməkdaşı dələduzluq etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Müşfiq Kərimovun (soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Qərara əsasən, apellyasiya protesti təmin edilib, İsmayıllı Rayon Məhkəməsinin hökmü apellyasiya protestinə münasibətdə qismən dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 3 il müddətə azadlıqdan mərhumetmə cəzası Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə təyin edilmiş 3 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanıb və Müşfiq Kərimova qəti olaraq 4 il 3 ay həbs cəzası təyin olunub.

İstintaq orqanının mövqeyinə görə, təqsirləndirilən şəxs Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin qəza-çağrı xidmətində dispetçer vəzifəsində işlədiyi dövrdə qulluq mövqeyindən və iş yoldaşının ona olan etibarından istifadə edərək bir neçə şəxsi aldadıb.

İttihama əsasən, hadisələr 2025-ci ilin mart ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda baş verib.

Həmin vaxt Müşfiq Kərimov iş yoldaşı S.S.-ə (adı, soyadı şərtidir) onun yaxın qohumunun Səhiyyə Nazirliyinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyində (TƏBİB) yüksək vəzifəyə təyinat aldığını deyib. 

Bundan sonra təqsirləndirilən şəxs iş yoldaşına tanışlarından istəyən şəxslər olacağı təqdirdə onları 2.000 manat müqabilində həmin işlərə düzəltməyə köməklik göstərə biləcəyini deyib.

İttihamda təqsirləndirilən şəxsin eyni üsulla daha üç nəfəri aldatdığı göstərilir. O, həmin şəxslərin də hər birindən 2 000 manat pul alaraq dələduzluq edib.

Beləliklə, Müşfiq Kərimov işə düzəltmək vədi ilə dörd ayrı şəxsdən ümumilikdə 8 000 manat pul alıb.

Mənbə: Pravda.az

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər