Sentyabrın 23-də saat 15 radələrində Əvəcuğ-Xürəl kəndinin meşəlik ərazisində qadın meyiti aşkarlanıb.
Aparılan araşdırmalar zamanı meyitin Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü Səadət Ferma qızı Həsənovaya məxsus olduğu müəyyən edilib.
Meyitin üzərində bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlər aşkarlanıb.
İstintaqla müəyyən edilib ki, hadisə sentyabrın 21-də Bakı şəhərinin Xətai rayonunda baş verib. Əvəcuğ kənd sakini, 1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Kamran Xəzər oğlu Seyidov qeyri-rəsmi nikah münasibətində olduğu S.Həsənovanı qısqanclıq zəminində bıçaqla öldürüb.
Daha sonra K.Seyidov qadının meyitini idarə etdiyi "Mercedes" markalı, 77-NY-316 dövlət qeydiyyat nişanlı avtomobillə kəndin meşəlik ərazisinə aparıb.
Kamran Seyidov saxlanılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Məlumat üçün bildirək ki, qadının qətlə yetirilməsində şübhəli bilinən Kamran Seyidov 2024-cü ilin dekabrında baş verən təyyarə qəzasında həlak olan Qusar sakinləri – 19 yaşlı Xədicə və 22 yaşlı Əli Əlimirzəyevin ögey qardaşıdır.
K.Seyidovun təyyarə qəzasında həlak olan yaxınlarına görə özünü birinci dərəcəli varis hesab etdiyi və kompensasiyanın ona verilməsini tələb etdiyi bildirilirdi.
Mənbə:Bizim.Мedia