Xaçmaz rayonunda iki məktəbdə müəllim çatışmazlığı ilə bağlı valideynlərin Shimal.News-a müraciətindən sonra məsələ həllini tapıb.
İki gün öncə redaksiyamız Xudat şəhər 2 nömrəli tam orta məktəbdə riyaziyyat müəlliminin olmaması, eləcə də Nərəcan kəndindəki Cavid Cəbiyev adına tam orta məktəbin 3A sinfinin daimi müəllimsiz qalması barədə məlumat yayımlayıb.
Valideynlər həmin vaxt dərslərin tam keçirilməməsindən narahat olduqlarını bildirərək problemin aradan qaldırılmasını istəyirdilər.
Redaksiyaya verilən məlumata görə, hər iki məktəbdə müəllim təminatı həyata keçirilib. Bununla da şagirdlərin dərslərinin fasiləsiz davam etdirilməsi ilə bağlı yaranmış problem aradan qaldırılıb.
Məsələnin həll olunması valideynlərin narahatlığının da aradan qalxmasına imkan verib.