Qax rayonunda bıçaqlanma hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, hadisə bir neçə gün öncə rayon ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.
Belə ki, kafedə yeyib-içən 53 yaşlı Rüfət İslamovla 44 yaşlı Ramil Nurməmmədov arasında mübahisə yaranıb. Mübahisə zamanı R. İslamov kəsici alətlə tanışına xəsarət yetirib.
Yaralı Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Rüfət İslamov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.