Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində sənədlərin yoxlanılması mərhələsinə başlanılır.
Shimal.News xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, müraciətini təsdiqləyən müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumat göndərilib.
Sənədlərin yoxlanılması 28–29 sentyabr tarixlərində keçiriləcək. Prosesdə ümumilikdə 288 müəllimin iştirakı nəzərdə tutulur.
Müəllimlər şəxsi səhifələrinə daxil olaraq sənədlərin yoxlanılması mərhələsi ilə bağlı ətraflı məlumatla tanış ola bilərlər.