top
Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar
Bu gün, 16:26
- +

Qayınatasının evində yaşayan ağsulu kişi arvadını döydü - məhkəmədə barışdılar

Qayınatasının evində yaşayan kişi həyat yoldaşını döyüb.

Hadisə Sumqayıt şəhərinin Xəzər bağları yaşayış massivində baş verib.

Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Murad Zamanov (ad və soyad şərtidir) 2021-ci ildə Vəsilə ilə ailə həyatı qurub. Onların qalmağa yerləri olmadığından cütlük Vəsilənin valideynləri ilə birlikdə yaşamağa başlayıb. Nikahdan iki övladları dünyaya gəlib.

Son günlər Muradın evə mütəmadi olaraq sərxoş vəziyyətdə gəlməsi ailədə mübahisələrə səbəb olub.

Bir neçə gün əvvəl Murad gecə saatlarında yenidən sərxoş vəziyyətdə evə gəlib. Həyat yoldaşı ona irad bildirdikdən sonra aralarında mübahisə yaranıb. Bu zaman Murad evin foyesində qayınatasına məxsus çəliyi götürərək həyat yoldaşına zərbələr endirib.

Hadisə nəticəsində qadın xəsarət alıb. Səs-küyə valideynləri gəlib və Muradı evdən çıxarıblar.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində M. Zamanov saxlanılaraq istintaqa təhvil verilib.

Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq materiallar Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı zamanı ər-arvad barışdığından cinayət işinə xitam verilib.

Mənbə: Oxu.аz

Son xəbərlər

Cəmiyyət
Bu gün, 17:04

Xaçmazda müəllim çatışmazlığı ilə bağlı problem aradan qaldırılıb

Kriminal
Bu gün, 15:00

Təyyarə qəzasında ölən qusarlı bacı-qardaşın ögey qardaşı sevgilsini öldürdü

İqtisadiyyat
Bu gün, 14:00

Payızın çərəzləri bazarda - Qoz, fındıq, şabalıd və badam - VIDEO

Cəmiyyət
Bu gün, 12:54

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Hadisə
Bu gün, 12:00

Qəbələdə narkotikin təsiri altında olan sürücü həbs olundu

Hadisə
Bu gün, 11:03

Qubada torpaq sürüşməsi baş verib – Yolda çatlar yaranıb

Cəmiyyət
Bu gün, 10:08

Xaçmazda bir küçə unudulub: Sakinlər palçıq içində qalıb - VİDEO

Cəmiyyət
Bu gün, 09:12

Qusarda leysan və sel sularından zərər çəkən 4 fərdi yaşayış evi yenidən tikilir

İdman
Dünən, 18:07

Azərbaycan U-20 millisi Qəbələdə toplanışa hazırlaşır

Hadisə
Dünən, 17:50

Girnədəki gəmi qəzası ilə bağlı saxlanılan Şabran sakini ailəsinə zəng etdi

İdman
Dünən, 17:10

"Şamaxı" 700 manat cərimələndi

İdman
Dünən, 16:01

Qusarlı cüdoçu dünya çempionatında bürünc medal qazandı

Cəmiyyət
Dünən, 15:40

Balakəndə yeni Dövlət Peşə Təhsil Mərkəzi tikiləcək

Hadisə
Dünən, 14:56

Ağdaşda tir tüfəngi ilə yaralanan qadın buraxılıb

Cəmiyyət
Dünən, 14:05

Qusarda sel sularının zədələdiyi yol və körpülər bərpa edilib

Cəmiyyət
Dünən, 13:14

Şimal rayonlarında deputatların oktyabr üzrə vətəndaş qəbulu günləri açıqlanıb

Hadisə
Dünən, 12:24

Ata və oğul yanan avtomobildən xilas edilib

Cəmiyyət
Dünən, 11:32

Qubada "PeşəFest-2026" – Gənclərə peşə seçimi təqdim olunub - VİDEO

Hadisə
Dünən, 11:10

Oğuzda 2 uşaq atası kafedə qəfil öldü

Cəmiyyət
Dünən, 10:30

Bu ərazilərdə yaşayanlar köçürüləcək, kompensasiya veriləcək

Cəmiyyət
Dünən, 09:36

Şəkidən dünya ekranlarına – Turqut İsmayılov Ceki Çanla eyni layihədə

Cəmiyyət
22 sentyabr 2026, 18:04

"PeşəFest" bu dəfə Qubada keçirildi

Kriminal
22 sentyabr 2026, 16:37

Xaçmazda oğurluq edən şəxs saxlanılıb

Oxşar xəbərlər