Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə gətirilən Daun sindromlu azyaşlı həkimlərin təxirəsalınmaz müdaxiləsi nəticəsində həyata qaytarılıb.
Shimal.News xəbər verir ki, azyaşlı yüksək hərarət, qıcolmalar və ağır tənəffüs çatışmazlığı ilə xəstəxananın Uşaq şöbəsinə yerləşdirilib.
Həkimlər tərəfindən dərhal intensiv müalicəyə başlanılıb və balaca pasiyent fasiləsiz nəzarətdə saxlanılıb. Müalicə nəticəsində onun vəziyyəti qısa müddətdə stabilləşib, huşu bərpa olunub, qıcolmalar dayanıb, tənəffüsü normallaşıb.
Bir neçə gün davam edən müalicədən sonra azyaşlı tam stabil vəziyyətdə evə buraxılıb.